SON DƏQİQƏ

Nur-Sultanda Suriya üzrə danışıqlar başlayıb

Tarix:

1-08-2019, 17:49

/ 1 804 dəfə oxundu.
Nur-Sultanda Suriya üzrə danışıqlar başlayıb

Rusiya və İran nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya mövzusunda beynəlxalq səviyyəli görüşün on üçüncü mərhələsi çərçivəsində ikitərəfli görüş keçirirlər.

GunAz.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş yerli vaxtla 10.30-da başlayıb. Rusiya tərəfindən prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin müavini Sergey Verşinin  iştirak edir. İran nümayəndə heyətinə İranın xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı başçılıq edir.

"Astana formatı" adı ilə tanınan danışıqlar 2017-ci ildən davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ