SON DƏQİQƏ

Daosyan təhdid etdi: Ordumuz hazırdır

Tarix:

1-08-2019, 10:43

/ 1 905 dəfə oxundu.
Daosyan təhdid etdi: Ordumuz hazırdır

Çin ordusu Honkonqda təhlükəsizlik və stabilliyi müdafiə etməyə hazırdır.

GunAz.az xəbər verir ki, bunu Çinin Xalq Azadlıq Ordusunun Honkonqdakı qarnizonunun rəhbəri Çen Daosyan deyib.

“Biz Honkonqda qanunun aliliyinin təminatına yönəlmiş fəaliyyətləri dəstəkləyirik. Honkonqun suverenliyi, təhlükəsizliyi, stabilliyi, çiçəklənməsini müdafiə etməyə hazırıq. Son zamanlar Honkonqda bir sıra sərt insidentlər yaşanıb. Bu, şəhərin stabilliyi və çiçəklənməsinə zərər vurur, həmçinin hüququn aliliyi və ictimai nizamı təhdid altında qoyur. Bu insidentlər Honkonqda əhalinin təhlükəsizliyi və həyatına ciddi təhdid yaradır, eləcə də “bir dövlət, iki sistem” prinsipini dağıdır. Bu fəaliyyətlər qəbuledilməzdir”, - o bildirib.

Qeyd edək ki, Honkonqda hökumətin "Ekstradisiya haqqında" qanuna düzəliş etməsinə cəhdindən sonra şəhərdə genişmiqyaslı aksiyalar baş verib. Hökumət düzəlişlərin dayandırılması haqqında qərar qəbul etsə də, etirazçılar bundan razı qalmayıb və onun tam ləğv edilməsini istəyiblər.

Daosyanın bu bəyanatı Çin ordusunun Honkonqla bağlı verdiyi ilk bəyanatdır. Çin hökuməti dünən Honkonqdakı hadisələrin ABŞ-ın işi olduğunu açıqlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ