SON DƏQİQƏ

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Tarix:

30-07-2019, 11:41

/ 389 dəfə oxundu.
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

Report xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.

скачать dle 12.1

Şərhlər