SON DƏQİQƏ
» » İctimai çimərliklərdə nələr pulsuz olacaq? – Rəsmi

İctimai çimərliklərdə nələr pulsuz olacaq? – Rəsmi

Tarix:

26-07-2019, 12:54

/ 1 285 dəfə oxundu.
İctimai çimərliklərdə nələr pulsuz olacaq? – Rəsmi

İctimai çimərliklərdə vətəndaşlarımız və əcnəbilər zəruri olan bütün avadanlıqlardan pulsuz istifadə edə biləcəklər.

Bu sözləri GunAz.az-a açıqlamasında ictimai çimərliklərin dövlət çimərliklərindən fərqi barədə danışan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov deyib. O bildirib ki, bu çimərliklərə hər kəs sərbəst daxil olaraq, çimərlik ərazisindəki çətirlərdən, köşklərdən, stol-stullardan və geyinmə-soyunma otaqlarından heç bir ödəniş etmədən istifadə edə bilərlər.

Qeyd edək ki, bu gün BŞİH Səbail rayonu Şıx ərazisində və Novxanı qəsəbəsi də daxil olmaqla, ümumilikdə 7 ərazidə ictimai çimərliklər yaradılacağı barədə məlumat yayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ