SON DƏQİQƏ
» » Bu daşıyıcı sərnişinləri istidən “qırır” – BNA nəzarətə götürdü

Bu daşıyıcı sərnişinləri istidən “qırır” – BNA nəzarətə götürdü

Tarix:

24-07-2019, 15:28

/ 1 359 dəfə oxundu.
Bu daşıyıcı sərnişinləri istidən “qırır” – BNA nəzarətə götürdü

Artıq bir müddətdir ki, 202 saylı marşrut xətti üzrə işləyən avtobuslar yenilənsə də, kart sistemindən və kondisionerlərdən istifadə edilmir. Sürücülər kondisionerlərin işləməməsini və təmir xərclərinin baha olmasını bəhanə gətirir. Bu da haqlı olaraq sərnişinlərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı GunAz.az-ın suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sözügedən marşrut xəttində kart sisteminin işə salınmadığını deyib.

“Ümumiyyətlə, 202 saylı marşrut xətti ilə yanaşı, digər marşrut xətlərində də yenilənmə aparılmasına baxmayaraq, kart sisteminə keçid edilməyib. Bu il ərzində yenilənmiş xətlərdə kart sisteminə keçid baş tutacaq”, - qurum sözçüsü vurğulayıb.

M.Ağayev avtobuslarda kondisionerlərin işlək vəziyyətə olmamasına da münasibət bildirib:

“Əgər avtobuslarda kondisioner sistemi varsa, mütləq işlək vəziyyətdə olmalıdır. Kondisioner sisteminin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək daşıyıcıların borcudur”.

M.Ağayev bildirib ki, kondisionerlərlə bağlı duruma görə daşıyıcıya müvafiq göstərişlər veriləcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ