SON DƏQİQƏ
» » Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb

Tarix:

17-07-2019, 18:44

/ 1 993 dəfə oxundu.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyatına start verilib.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, EKTİS-də 149 hüquqi şəxsin qeydiyyatdan keçəcəyi gözlənilir. Hüquqi şəxslərin öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil etməsi bir ay ərzində yekunlaşacaq.

Bu günə qədər 313 377 fermer aqrar fəaliyyətinə dair məlumatları EKTİS-ə daxil edib. Ümumilikdə 313 792 təsərrüfat yeni sistemdə qeydiyyata alınıb. 228 366 fermer elektron sistemdə Dövlət Aktı şəhadətnamə, 63 914 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 7 279 fermer icarə sənədi, 3 278 fermer etibarnamə, 703 fermer vərəsəlik şəhadətnaməsi, 378 fermer arayış, 59 fermer torpaq sahələrinin plan və ölçü sənədi əsasında EKTİS-də qeydiyyatdan keçiblər. Digər fermerlər isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.

Bu günə qədər EKTİS-də ən çox Sabirabad (15 744), Xaçmaz (12 569), Cəlilabad (11 385) Bərdə (11 187), Şəki (10 447), İmişli (10 306) və Saatlı (10 217) fermerləri qeydiyyatdan keçib.

EKTİS-də fiziki və hüquqi şəxslərin qeydiyyatının optimal müddətdə başa çatdırılması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər