SON DƏQİQƏ
» » Tədris ilinin uzadılması doğru addımdır - Ekspert

Tədris ilinin uzadılması doğru addımdır - Ekspert

Tarix:

10-07-2019, 10:53

/ 1 896 dəfə oxundu.
Tədris ilinin uzadılması doğru addımdır - Ekspert

Tədris ilinin 36 həftəyə (1 sentyabr-14 iyun) uzadılması doğru addımdır.

Bu sözləri GunAz.az-a təhsil eksperti Elşən Qafarov Təhsil naziri Ceyhun Bayramovun qonaq olduğu İctimai Televiziyanın “Pressinq” verilişində tədris ilinin 2 həftə uzadılmasını labüd hesab etməsi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, bununla paralel payız, qış , yaz tətillərinin uzadılması və yay tətilinin azaldılması istiqamətində də ciddi addımların atılması vacibdir:

“Təhsili inkişaf etmiş ölkələrdə yay tətilinin müddəti 45 gündən artıq deyil. İnfrastrukturu yenilənmiş, ucqar və səfalı dağ kəndlərində yerləşən məktəblərin bazasında yay (digər fəsillərdə olan tətillərdə də mümkündür) düşərgələrinin təşkili şagirdlərin asudə vaxtının səmərəli keçməsi ilə nəticələnə bilər”.

Ekspert bildirib ki, bu istiqamətdə digər bəzi addımlar da atılmalıdır:

“Müəllimlərin əmək məzuniyyətinin 30 günə endirilməsi, hər tədris ilindən öncə müəllimlərin əlavə təhsilə cəlb edilməsi istiqamətində də addımlar atılmalıdır. Bu istiqamətdə də bir iş görülərsə, müəllimlərin peşəkarlıq baxımından günün tələblərinə uyğun formalaşması üçün münbit şərait yaranar”.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olarkən bildirib ki, tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edir:

“Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ