SON DƏQİQƏ

Milli Məclis bu quruma əlavə 200 milyon ayırdı

Tarix:

9-07-2019, 13:51

/ 1 896 dəfə oxundu.
Milli Məclis bu quruma əlavə 200 milyon ayırdı

Milli Məclis “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanununda dəyişiklik edib.

GunAz.az xəbər verir ki, qanun layihəsi haqqında deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Komitə sədri bildirib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi 200 milyon manat civarında artırılıb:

“Bu, bir daha göstərir ki, sosial sahəyə ayrılan vəsait insanların rifahına xidmət edir. Hesab edirəm ki, ayrılan vəsait sosial müdafiənin güclənməsinə xidmət edəcək”.

Komitə sədri əlavə edib ki, 200 milyon manatın sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinə daxil olması sosial sığorta və digər yığımlar hesabına baş verib.

N.SAFURA

     

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ