SON DƏQİQƏ
» » Türkanda reyd: üç istirahət mərkəzi cərimələndi

Türkanda reyd: üç istirahət mərkəzi cərimələndi

Tarix:

8-07-2019, 16:23

/ 1 789 dəfə oxundu.
Türkanda reyd: üç istirahət mərkəzi cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakının Türkan qəsəbəsi ərazisində tədbir keçirilib.

DİN-dən GunAz.az-a verilən məlumata görə, reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ