SON DƏQİQƏ
» » Bakı avtovağzalından bir ayda 288 min sərnişin daşındı

Bakı avtovağzalından bir ayda 288 min sərnişin daşındı

Tarix:

8-07-2019, 14:50

/ 1 908 dəfə oxundu.
Bakı avtovağzalından bir ayda 288 min sərnişin daşındı

Ötən ay Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) ümumilikdə 10 min 915 reyslə 287 min 585 sərnişin daşınıb.

BBAK-dan GunAz.az-a verilən məlumata görə, iyunda 260 min sərnişin şəhərlərarası istiqamətlərə, 27 min 585 sərnişin isə beynəlxalq reyslərlə yola düşüb.

“Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki şəhərlərinə olub.

Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tiflis, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir.

Qabaqcadan satış kassalarından və onlayn qaydada bilet alanların sayı 15 mindən çoxdur.

Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb.

Ötən ilin iyun ayı ilə müqayisədə beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur”, - qurum bildirib.Axar.az

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ