SON DƏQİQƏ
» » Qadınlar vəzifədə daha ağıllı qərarlar verir - Araşdırma

Qadınlar vəzifədə daha ağıllı qərarlar verir - Araşdırma

Tarix:

6-07-2019, 17:47

/ 1 997 dəfə oxundu.
Qadınlar vəzifədə daha ağıllı qərarlar verir - Araşdırma

Qadınlar kişilərdən daha ağıllı iş qərarları qəbul edirlər.

GunAz.az xəbər verir ki, kanadalı sosioloqlar 600 şirkət direktoru və idarəçiləri arasında keçirdikləri araşdırmaya əsasən belə qənaətə gəliblər. Belə ki, qadın idarəçilər çətin situasiyalarda kişilərə nisbətən daha tez-tez işi xilas edə biləcək müdrik qərarlar verirlər.

Qadınlar qaydalara və stereoriplərə kişilərdən daha az bağlı olurlar. Taktikanın qurulmasında onlar ətrafdakı insanların fikrini dinləməyi bacarır və kolleqalarını bir komandada birləşdirə bilirlər.

Araşdırmanın rəhbəri professor Kris Bart hesab edir ki, hər bir iri şirkət idarə heyəti tərkibində bir neçə qadına yer verməlidir. Qadınlar öz intuisiyaları və məntiqi düşüncələri ilə kişilərin çıxılmaz vəziyyətə düşə biləcəyi problemlərin həllini tapa bilirlər.

Xatırladaq ki, Kanada şirkətlərinin yalnız 25%-ində qadınlar idarəçi vəzifəsi tuturlar. Azərbaycanda isə bu rəqəm 17.7%-ə bərabərdir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ