SON DƏQİQƏ
» » Daha bir süd sexinin qapısına qıfıl vuruldu - FOTO

Daha bir süd sexinin qapısına qıfıl vuruldu - FOTO

Tarix:

5-07-2019, 12:50

/ 1 324 dəfə oxundu.
Daha bir süd sexinin qapısına qıfıl vuruldu - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları paytaxtın Xətai rayonu, Nobel prospekti, 84 ünvanında yerləşən süd və süd məhsulları istehsalı sexinə baxış keçirib.

Agentliyin məlumatına əsasən, baxış zamanı müəyyən edilib ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.

Bəlli olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir. 

Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.

Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün  və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif  həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib. 

Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ