SON DƏQİQƏ
» » Zəhra xanımın babası ermənilərin qənimi olmuş Xalq Qəhrəmanı Aslan bəy Sultanovdur

Zəhra xanımın babası ermənilərin qənimi olmuş Xalq Qəhrəmanı Aslan bəy Sultanovdur

Tarix:

4-07-2019, 12:50

/ 1 227 dəfə oxundu.
Zəhra xanımın babası ermənilərin qənimi olmuş Xalq Qəhrəmanı Aslan bəy Sultanovdur

 

Şəkildə gördüyünüz bu ismətli  xanım Zəhra anadır. Son dərəcə vətənpərvər insan idi.Nəfis tərtibatda, rəngli boyalarla çap etdirdiyi  "Zirvəyə doğru " jurnalının təsisçisi və baş redaktoru idi. Jurnalın hər sayında qaçqın, köçkün həyatından bəhs edər ,  vətən həsrətli yazıların müəllifi idi.
Atam İlyas Allahverdiyevin "Qaragöl" romanından tarixi yazılar dərc etdirməklə, bu sətirlərin müəllifinin də məqalələrin və şeirlərin çap etdirərdi . 
Qardaşım Niyazın ürək yanğıları: "Hörmətli mərhumə Zəhra  xanım sevərlər! Elə ölmlər var ki, heyfslənirsən,ona görə yox ki, niyə dünyasını dəyişib,ona görə ki,çox bəhərlənə,çox dəyərlənə,çox öyrənə bilərdik. Heyf. Zəhra xanımla məni bacım tanış etmişdi. 2 il əvvəl Azərbaycanın ağ xalat əyinlərinə geymiş bəzi həkim ,Bakının yekə,böyük klinika və qəssəbxanalarında şöbə müdürü,professor işləyən yekəpər və orta boylu işbazlar mənə sağalmaz xəstəlik yapdlıar.1700m artıq xərcim çıxsa da ,İran həkimxanaları da əlacı ancaq əməlliyat yolu ilə xilasda məslət bildilər. Dələduzların fırıldaqlarından imtina etməyim əbəs deyilmiş. Başıma gətirilən oyunları Zəhra xanıma danışanda təmkinlə,lakin daxili əsəbini bildirmədən danladı və təkidlə dedi: Mənim də qolumu və böyrəyimi çıxardırdılar, qardaş bildiyim Valeh həkimin sayəsində görürsən salamatam. Respublikada xərçəng deyilən xəstəliyin yeganə müalicə edən professordur. Azərbaycan Səhiyyə işçiləri yığışıb onu həbs etdirmək istəyirdilər,maxinasiya və insan talehi,alverinin qarşısını kəsdiyi üçün.  Zəhra xanım həkimə zəng açdı,qardaşımı xilas et deməsi yaddan çıxarmı? 87 manata sağaldım. Həmişə demişəm ,mərhumənin il dönümündə də və həmişə də danışacam.Təmənnasız yardım hər adama yaraşmır.Çox sonralar biləndə ki, Zəhra xanım hansı kökdəndir,sevindim ki,Allah adamları Allah adamına rast gələrmiş. Allah yerini behişt qərarı verəcəyinə əminəm.Zəhra xanım,təşəkkürlər ən azından sağalmaz yaradan məni xilas etdiyinizə görə!"
Zəhra Qulam qızının babası Xalq Qəhrəmanı Aslan bəy Sultanov idi. Hansı ki, Aslan bəy erməni quldurlarına qarşı mərdliklə vuruşmuş,  erməni generallarını, eləcə də İran xanını zərərsizləşdirərək məhf etmişdir . Aslan bəy Sultanov eyni zamanda bolşeviklərə qarşı da  mübarizə aparmış , daşnaq Şaumyanın quldur dəstələrinə qarşı mərdliklə sinə gərərək Zəngəzuru düşmən qüvvələrinin  basqınından mərdliklə qorumuşdur. 

Nə yaxşı ki, Zəhra xanımın qardaşı yazıçı, araşdırmaçı, hüquqşünas Faiq Abdullayev arxiv sənədləri əsasında dəyərli,  tarixi kitablar yazaraq 1918-22-cı illər ərzində tariximizin qara ,oxunmamış səhifələrinə işıq saçaraq böyük zəhmət çəkmişdir. Bu gün də arxivlərdən toza bürünmüş sənədləri üzə çıxardaraq  köhnə  qovluqları  axtarır və əsl tariximizi açır.
Faiq Abdullayevin gördüyü bu xidmətlər Tarix institutunun gördüyü işlərdən qat - qat zəngin, dəqiq, dürüst  və dolğundur. 
Tariximizdə təhriflərə yol verilməməlidir, odur ki ,Faiq Abdullayevin zəhməti bu sahədə xüsusilə  qiymətləndirilməlidir . Əlbətdəki, Şaumyanların və bolşeviklərin şəcərələri maneə olmasalar, onda 1918-20 ci illərin tarixi düz yazılar, kimin kim oldugu bilinər. 
Zəhra xanımla nəşriyyatda tez- tez görüşərdik. Onun qəflətən dünyasını dəyişməsi bizi, qardaş və  bacılarımı, onu tanıyanları çox kədərləndirdi. 
İyulun 5 - də Zəhra xanımın il dönümüdür. Hər kəs  nə vaxtsa   ölümü dadacaqdır, kimisi tez, kimisi gec. Amma Zəhra xanımın qəflətən vəfatı bizi çox kədərləndirdi . Darıxma Zəhra ana! Biz də nə vaxtsa o əbədi yola qədəm qoyacağıq. Siz öz xeyirxah əməllərinizlə  böyük hörmət qazanmışdınız. Əlbəttə ki, Xalq Qəhrəmanının nəvələri  belə də olmalıydı. 
Allahdan Zəhra xanıma rəhmət diləyir, əzizlərinə səbr arzulayırıq.  Son dərəcə vətənpərvər, xeyirxah ziyalımiz, həmkarımız olan Zəhra Qulam qızının xatirəsi onu tanıyanların qəlbində uzun illər yaşayacaq və ehtiramla xatırlanacaqdır . Ruhun şad olsun Zəhra ana .
Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ