SON DƏQİQƏ

Tarixi şəxsiyyətlər

Tarix:

30-10-2018, 17:26

/ 10 991 dəfə oxundu.
Tarixi şəxsiyyətlər

 

Bu günlərdə “Tarixi şəxsiyyətlər” jurnalının 42-ci nömrəsi işıq üzü görmüşdür. Nəfis tərtibatda, yüksək səviyyədə çap olunmuş jurnal çağdaş Türkiyənin Fatehi Rəcəb Təyyib Ərdoğanın fəaliyyətinə həsr edilmişdir. Qardaş Türkiyə Cümhuriyyətinin Cümhur başqanı, Baş komitani Rəcəb Təyyib Ərdoğanın xidmətləri 116 səhifəlik jurnalda qısa da olsa əks olunmuşdur.

Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev cənablarının səmimi, mehriban görüşləri hər iki dahi şəxsiyyətlərin çıxışları jurnalı daha da zənginləşdirmişdir.

Jurnalda SOCAR-ın Türkiyədə fəaliyyəti, iki qardaş respublikalar arasında əlaqələrin genişləndirilməsi, geniş tikinti quruculuq işləri, Bakı-Tiflis-Kars dəmir yolunun açılışı, TANAP layihəsinin həyata keçirilməsi və s. layihələr “İki dövlət bir millət” kəlamını sübut edən vacib amillərdən biridir.

Türk sultanları Fateh Sultan Mehmed, Kanuni Sultan Süleyman, II Abdulhəmid haqqında maraqlı məlumatlar jurnalı daha oxunaqlı edir. Jurnalda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün misilsiz xidmətləri işıqlandırılmışdır.

“Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov, layihə rəhbəri və baş məsləhətçisi polkovnik Rasim Sadıqov, məsləhətçi, fəlsəfə elmləri doktoru Akif Əsgərovdur.

Baş redaktorun yazısını ixtisarla nəzərinizə çatdırırıq:

“Əziz oxucu!

“Tarixi şəxsiyyətlər” jurnalının 42-ci sayı Türkiyə Cümhuriyyətinin Prezidenti, keçmiş baş nazir cənab Rəcəb Təyyib Ərdoğana həsr olunmuşdur. Rəcəb Təyyib Ərdoğanın Türkiyə xalqı, Türkiyə dövləti, Türk dünyası qarşısındakı və eləcə də müsəlman həmrəyliyi uğrundakı fədakar xidmətlərinə olan sonsuz məhəbbət və dərin hörmət hissləri baş məsləhətçisi və layihə rəhbəri Rasim Sadıqovu, məsləhətçi Akif Əsgərovu Azərbaycan xalqının Türk xalqına bəslədiyi qardaşlıq münasibətlərinin ifadəsi kimi jurnalı ərsəyə gətirməyə ruhlandırdı.

Jurnalın son səhifələrində Türkiyə iqtisadiyyatının sürətli artımıdan bəhs etmişik”.

“Hacı Xəlil” MMC tərəfindən təsis olunmuş “Tarixi şəxsiyyətlər” jurnalı 2006-cı ildən fəaliyyət göstərir və görkəmli şəxsiyyətlər haqqında mütəmadi, ətraflı məlumatları oxuculara təqdim edir. Jurnalın hazırlanmasında Türkiyənin rəsmi media orqanlarında dərc olunmuş materiallardan istifadə edilmişdir.

Milli-mənəvi irsin öyrədilməsi üzrə beynəlxalq ictimai-siyasi aylıq jurnalın yaradıcı kollektivinə yeni-yeni uğurlar, iki qardaş dövlətin çiçəklənməsi naminə bəşəriyyətə sülh, əmin-amanlıq arzulayırıq.

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ