SON DƏQİQƏ
» » İdlibdə türk müşahidəçilərinə yenidən atəş edilib

İdlibdə türk müşahidəçilərinə yenidən atəş edilib

Tarix:

1-07-2019, 18:42

/ 1 175 dəfə oxundu.
İdlibdə türk müşahidəçilərinə yenidən atəş edilib

 Türkiyə Silahlı Qüvvələrinin Suriyanın cənubundakı deeskalasiya zonasındakı 10 nömrəli müşahidə postu yenidən Suriya ordusunun artilleriya hücumuna məruz qalıb. 

GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Zavie bölgəsində türk müşahidəçilərinin yerləşdiyi bölgədə üç artilleriya mərmisinin partlaması qeydə alınıb. Atəş Suriya ordusunun mövqelərdən həyata keçirilib. Xəsarət alan olmayıb", məlumatda deyilir.

Rusiya tərəfi hadisə ilə bağlı dərhal məlumatlandırılıb.

"Türkiyə ordusu bütün tədbirləri görüb və cavab atəşi etməyə tam hazır olub. Vəziyyət yaxından təqib edilir ", - deyə məlumatda deyilir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ