SON DƏQİQƏ

Prezident daha iki sərəncam imzaladı

Tarix:

29-06-2019, 15:38

/ 1 920 dəfə oxundu.
Prezident daha iki sərəncam imzaladı

Prezident İlham Əliyev İ.S.Babaxanova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

GunAz.az sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə İsbi Salman oğlu Babaxanova “Əməkdar həkim” fəxri adı verilsin”.

***

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon (səkkiz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ