SON DƏQİQƏ

Yasəmən gülü cövhərinin inanılmaz faydası

Tarix:

29-06-2019, 19:54

/ 3 971 dəfə oxundu.
Yasəmən gülü cövhərinin inanılmaz faydası

Bu ətirli güllərin müalicəvi xüsusiyyətləri çoxdan məlumdur və onlar xalq təbabətində yüz illərdir istifadə olunur. 
GunAz.az xəbər verir ki, yasəmənin həm gülləri, həm də yarpaqları böyük miqdarda efir yağı, flavonoid, askorbin turşuları ehtiva edir, sətəlcəmə qarşı təsir göstərir, həmçinin ağrıkəsici və hərarətazaldan təsirə malikdir. 
Yasəmənin gülündən həm yağı, həm müxtəlif məlhəmlər, həm də cövhər hazırlamaq olar. Yasəməndən hazırlanmış cövhər radikulit, artrit və podaqra xəstəliyinə kömək edən əla vasitədir. Eyni zamanda zədələrə müalicəvi təsir edir. 
Gülləri quru havada yığmaq lazımdır və sivilizasiyadan yerlərdən toplanması arzu olunandır. 

Tərkibi
Təzə və tər yasəmən gülləri 
1 litr araq 

Hazırlanması
İkisini də bankaya töküb ağzını bağlayın. Qaranlıq yerdə 10 gün saxlayıb sonra süzün. Cövhəri tünd şüşədə və sərin yerdə saxlamaq lazımdır. 

Tətbiqi
Radikulit və osteoxondroz zamanı bu cövhərlə gündə 2-3 dəfə ovxalanmaq lazımdır. Oynaq xəstəliklərini və zədələri belə kompreslə sağaltmaq olar. Kompresi bütün gecə saxlamaq məsləhətdir. 
Daban tikanı müalicəsi üçün həmin yerə kompres qoyulur və gün ərzində təzə üç dəfəyə dəyişir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər