SON DƏQİQƏ
» » Ticarət şəbəkələri və yerli istehsalçı şirkətlərin nümayəndələrinin görüşü təşkil edilib

Ticarət şəbəkələri və yerli istehsalçı şirkətlərin nümayəndələrinin görüşü təşkil edilib

Tarix:

29-06-2019, 17:50

/ 1 286 dəfə oxundu.
Ticarət şəbəkələri və yerli istehsalçı şirkətlərin nümayəndələrinin görüşü təşkil edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iri ticarət şəbəkələri və yerli istehsalçı şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

KOBİA-dan GunAz.az-a bildirilib ki, iri ticarət şəbəkələrinin, 20-dək yerli istehsalçı şirkətin, eləcə də İqtisadiyyat Nazirliyinin və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə sahibkarların fikirləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib.

Qarşılıqlı müzakirə formatında təşkil olunmuş görüşdə yerli istehsalçı şirkətlər və ticarət şəbəkələri arasındakı ticarət münasibətləri, o cümlədən onlar arasında sənədləşmələrin aparılması, sahibkarların ticarət şəbəkələrinə girişi məsələləri müzakirə olunub.

KOBİA-nın idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov bu kimi görüşlərdə qaldırılan bəzi məsələlərin agentliyin səlahiyyətləri çərçivəsində artıq həll olunduğunu, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət edildiyini, sahibkarların və müvafiq dövlət qurumlarının iştirakı ilə belə formatda görüşlərin mütəmadi davam etdiriləcəyini bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ