
Almaniya və Niderland tarixdə ilk dəfə hərbi internetin yaradılması məqsədi ilə öz səylərini birləşdiriblər.
GunAz.az-ın məlumatına görə, iki ölkə arasında bununla bağlı müqaviləni Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen və Niderland Müdafiə naziri Ank Beyleveld imzalayıblar.
Müqaviləyə əsasən, TEN vasitəsilə ilk mərhələdə Almaniyanın D-LBO kommunikasiya proqramı ilə Niderlandın FOXTROT proqramı arasında əlaqə yaradılacaq.
Bunun sayəsində iki ölkə öz hərbi şəbəkələrini birləşdirəcək. Yeni şəbəkə “Tactical Edge Netvorkinq” adını alacaq.
Bildirilir ki, bu NATO üzvlərinin gələcəkdə digər hərbi şəbəkələrini birləşdirmək üçün sınaq variantı olacaq.
Hərbi şəbəkənin yaradılması milyonlarla avro dəyərində qiymətləndirilir.