SON DƏQİQƏ
» » Prezident Biləsuvarda yol tikintisinə pul ayırdı

Prezident Biləsuvarda yol tikintisinə pul ayırdı

Tarix:

28-06-2019, 19:48

/ 1 773 dəfə oxundu.
Prezident Biləsuvarda yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. 

Sənədə əsasən, on iki min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

скачать dle 12.1

Şərhlər