SON DƏQİQƏ
» » Gənc Qadınlar Sahibkarlıq üzrə Təlimlərə başladılar

Gənc Qadınlar Sahibkarlıq üzrə Təlimlərə başladılar

Tarix:

2-06-2019, 20:00

/ 1 103 dəfə oxundu.
Gənc Qadınlar Sahibkarlıq üzrə Təlimlərə başladılar

Azərbaycan Respublikası “Gənc Politoloqlar Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda Qadın Sahibkarlığın İnkişafı: Təlimçilər üçün Təlim məktəbi”  layihəsinə start verdi. Qubada baş tutan üç-günlük təlimdə 25 gənc qadın biznes quruculuğu, biznes planların hazırlanması, bazar araşdırılması, biznes layihələndirmə, marketinq və digər zəruri bilik və bacarıqlar əldə edəcəklər. Fəal fikir mübadiləsi şəraitində aparılacaq təlim zamanı həmçinin iştirakçıları maraqlandıran mövzular ətrafında da müzakirələr təşkil ediləcək. 

Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev bu layihənin potensial gənc qadın sahibkarlara əhəmiyyətini vurğulayaraq, daha chox qadının sahibkarlıq fəaliyyətinə cəlb olunmasının ümumi ölkə iqtisadiyyatına olan töhfəsindən danışdı. Bunları nəzərə alaraq, İlkin Əliyev layihənin əsas hədəf qrupunun qadınlar müəyyən edildiyini bildirdi.  "Ümid edirəm ki, layihədə iştirak edən gənc qadınlar əldə etdikləri bilik və bacarıqlar sayəsində gələcəkdə öz sahibkarlıq fəaliyyətlərini qura biləcəklər."

Gənc Politoloqlar Mərkəzinin rəhbərinin müavini  layihənin maliyyələşməsində göstərdiyi dəstəyə  görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşkilat adından təşəkkür etdi. 


Sonda təlimdə iştirak edən gənc qadınlara sertifikatlar təqdim edildi və xatirə şəkili çəkildi.

Gənc Politoloqlar Məkəzi 1997-ci ildən fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

 

скачать dle 12.1

Şərhlər