SON DƏQİQƏ

"Azərişıq"da struktur dəyişikliyi olub

Tarix:

25-06-2019, 18:50

/ 1 902 dəfə oxundu.
"Azərişıq"da struktur dəyişikliyi olub

 "Azərişıq" ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.

GunAz.az-ın məlumatına görə, onun əvəzinə “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb.

Yeni departamentə elə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək.

Məsələ ilə bağlı GunAz.az-a açıqlama verən səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yeni yaradılan strukturun daha funksional olacağını açıqlayıb: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı kiçik və orta biznes subyetləri ilə işləyəcək".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ