SON DƏQİQƏ
» »  Şəmkir sakinindən unikal addım – Yas məclisini...

 Şəmkir sakinindən unikal addım – Yas məclisini...

Tarix:

25-06-2019, 14:09

/ 1 344 dəfə oxundu.
 Şəmkir sakinindən unikal addım – Yas məclisini...

Bu, Şəmkirdə ilk belə hadisə deyil. Bundan öncə də ailə üzvünü itirmiş neçə ailə belə addım atıb. Bu, artıq rayonda ənənə halını alıb.

Bu sözləri GunAz.az-a Şəmkir Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Elgün Seyidov Şəmkirin Dəllər-Cəyir kəndində doğmasını itirən ailənin yas mərasimi əvəzinə kəndin 3 küçəsini təmir etdirməsi ilə bağlı danışarkən deyib.

E.Seyidov bildirib ki, Şəmkirdə hətta imkanı olmayan ailələr də belə addım atır:

“Bu yaxınlarda Şəmkirin Xulub kəndində də yaxınını itirmiş bir ailə 3 kəndin mərkəzi küçəsinə 3 yeni dayanacaq qoydurdu. Keçili kəndində də bir ailə kəndə yeni su xətti çəkdirmişdi. Köhnə su quyusu idi, su küçəyə tökülürdü. Ailə ehsan xərclərini dağılmış beton konstruksiyasının bərpasına, kəndə su çəkilməsinə sərf etdi. Bu, artıq Şəmkirdə ənənə halını alıb. Sadaladıqlarım atılan addımlardan sadəcə bir neçəsidir. Şəmkirdə imkanı az olan ailələr də imkan daxilində belə addımlar atır. Böyük işlər görməyə gücləri çatmasa da, məsələn, hansısa küçəyə bir işıq dirəyi qoydurur və ya köhnə vəziyyətdə olan dirəyi yenisi ilə əvəz edirlər”.

Dəllər-Cəyir kəndindəki ailənin nümunəvi addımından danışan E.Seyidov hadisənin dünən baş verdiyini deyib:

“Dəllər-Cəyir kəndindəki addımı mərhum Məmmədov Zöhrab Yaqub oğlunun ailə üzvləri, qızının ailəsi atıb. Ailə biri mərkəzi küçə olmaqla 3 küçəni ağır texnika gətizdirərək təmizləyib, qum-çınqıl tökdürüb və yol hamarlanıb”.

İcra nümayəndəsi bildirib ki, Şəmkirdə yas mərasimləri olduqca sadə keçirilir:

“Şəmkirdə artıq əksər ailələr ev şəraitində ehsan süfrəsi verirlər. Xurma, çay, halvadan ibarət nümunəvi ehsan süfrəsi açılır. Dəbdəbəli yas mərasimi keçirilmir, onun əvəzinə həmin pul daha yaxşı formada istifadə edilir”.

Xatırladaq ki, Şəmkir rayonunun Dəllər-Cəyir kəndində doğmasını itirən ailə olduqca nümunəvi addım atıb. Dünyasını dəyişən şəxsin ailə üzvləri ehsan mərasimi əvəzinə kəndin üç küçəsini təmir etdiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ