SON DƏQİQƏ
» » FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində layihə həyata keçiriləcək

FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində layihə həyata keçiriləcək

Tarix:

22-06-2019, 17:01

/ 1 114 dəfə oxundu.
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində layihə həyata keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk Çakmak ilə görüşüb.

KOBİA-dan GunAz.az-a verilən məlumata görə, görüşdə KOBİA-nın rəhbəri tərəfindən Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər və həyata keçirilən layihə və proqramlar haqqında ətraflı məlumat verilib, müvafiq istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Mələk Çakmak FAO-nun Azərbaycan üzrə fəaliyyət istiqamətləri və hədəfləri barədə danışaraq, kiçik və orta biznesin FAO-nun fəaliyyət göstərdiyi sahələr üzrə prosesə cəlb edilməsinin dəstəklənməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri baxımından əhəmiyyətli olduğu bildirib.

Görüşdə KOBİA və FAO arasında KOB-ların inkişafı üzrə potensial əməkdaşlıq layihəsi istiqamətində ətraflı müzakirələr aparılıb və yaxın müddətdə bu sahədə uyğun layihənin müəyyən edilərək həyata keçirilməsinə dair razılıq əldə olunub.

Eyni zamanda M. Çakmak KOBİA nümayəndə heyətini FAO-nun Romada yerləşən ofisinə dəvət edib və səfər çərçivəsində FAO-nun bu sahədə dünyada həyata keçirdiyi ən yaxşı təcrübələrə dair ikitərəfli müzakirələrin təşkil ediləcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ