SON DƏQİQƏ

Helikopterdə öldürülən ilk dövlət katibimiz

Tarix:

21-06-2019, 15:54

/ 1 948 dəfə oxundu.
Helikopterdə öldürülən ilk dövlət katibimiz

Bu gün görkəmli alim, professor, Azərbaycanın ilk dövlət katibi Tofiq İsmayılovun doğum günüdür.

Kult.az xatırladır ki, Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakıda anadan olub. Atası İsmayılov Kazım (1905-1981) SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi çalışıb.

Tofiq İsmayılov 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Moskvada Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil olub. 1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək, Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başlayıb.

O, 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) Elektronika kafedrasının dosenti olub.

1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində işləyib. T.İsmayılov aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb.

“Xəzər” Elmi Mərkəzinin və Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər isə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində işləyib.

Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilib.

O, 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk dövlət katibi vəzifəsinə təyin edilib.

Tofiq İsmayılov 1991-ci il noyabrın 20-də Qarakənd üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində faciəli şəkildə həlak olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ