SON DƏQİQƏ
» » Çinlə bu barədə danışıq aparılır – Nağıyev

Çinlə bu barədə danışıq aparılır – Nağıyev

Tarix:

18-06-2019, 15:50

/ 1 910 dəfə oxundu.
Çinlə bu barədə danışıq aparılır – Nağıyev

Biz Çin hakimiyyəti ilə çinli turistlərin Azərbaycana səfər etmələri barədə danışıqlar aparırıq. Ancaq bu müzakirələri də ilk dəfə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının Bəhreyndə keçirilən iclasında aparmışıq. Yəni ÜTT-nin sessiyası bir meydandır. Bu meydan bizə imkan verir ki, ikitərəfli danışıqlar aparaq.

GunAz.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

ÜTT-nin baş katibi Zurab Pololikaşvili isə mövzu ilə bağlı bildirib ki, Azərbaycan İcraiyyə Şurasının aktiv üzvlərindən biridir:

“Mən bu vəzifəyə seçilməzdən öncə Azərbaycan bu vəzifəni həyata keçirirdi. Biz baxmalıyıq ki, Azərbaycan bizdən nə istəyir. Birgə ortaq layihələrimiz həyata keçirilir. Çin də Azərbaycan üçün bu fürsətlərdən biridir. Mən bilirəm ki, Azərbaycan tərəfi, o cümlədən Fuad Nağıyev Çin Hava Yolları ilə fəal şəkildə işləyir. Çin turistlərinin Azərbaycana cəlb olunması yaxşıdır. Çin təbii ki, böyük bir bazardır. Çin turistlərinə onlara uyğun xidmət göstərilməlidir. Bundan əlavə Hindistan, Körfəz ölkələri var. Azərbaycan çox əlverişli məkanda yerləşir və yaxşı turizm infrastrukturuna malikdir. Məhz bu baxımdan burada turizm sahəsi üzər fəaliyyət göstərəcək beynəlxalq mərkəzin olması vacibdir. Biz bu layihəni Azərbaycana gətirə bilərik. Bu, xüsusən gənclərə aiddir. Azərbaycanlı sahibkarlar və gənclər sərmayəni Azərbaycana gətirə bilərlər. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Sahibkarlar regionlara investisiya qoysunlar. Bir də təşviq, tanıtım lazımdır. Burada söhbət puldan getmir. Ürək və səmimi qəlb bu işləri görmək üçün yetərlidir”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ