SON DƏQİQƏ

Bakıda Nəsimi ili ilə bağlı tədbir keçirilib

Tarix:

18-06-2019, 15:08

/ 1 946 dəfə oxundu.
Bakıda Nəsimi ili ilə bağlı tədbir keçirilib

 Nəsimi rayonu 3 nömrəli uşaq gənclər inkişaf mərkəzi tərəfindən Nəsimi ili ilə bağlı tədbir keçirilib.

GunAz.az xəbər verir ki, qonaqlar əvvəlcə Nəsimi heykəlinin ətrafında mərkəzin rəsm əsərlərindən ibarət sərgiyisinə baxıblar.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığından danışıb.

Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb.

Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Bakıda Nəsimi ili ilə bağlı tədbir keçirilib

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ