SON DƏQİQƏ
» » Dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulur - Video

Dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulur - Video

Tarix:

14-06-2019, 23:28

/ 2 064 dəfə oxundu.
Dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulur - Video

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq.

Xəzər Xəbər-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlər sığorta paketinə daxil olan dərmanları müalicə protokoluna əsasən xəstəyə yazmalı olacaqlar. Bu dərmanlar sığorta paketinə daxil olduğu üçün, eyni zamanda, ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər.

Musa Quliyev onu da bildirib ki, ambulator dərmanlar da sığorta paketinə salınacaq.

İcbari tibbi sığorta pilot layihə çərçivəsində Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir. 2020 ci ilin yanvar ayının 1-dən isə ölkə üzrə tətbiqinə başlanılacaq.

https://www.youtube.com/watch?time_continue=3&v=Jlgt7wGoB3k

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ