SON DƏQİQƏ
» » Yanlış əməliyyat xəstəni iflic etdi - Həkim səhlənkarlığı

Yanlış əməliyyat xəstəni iflic etdi - Həkim səhlənkarlığı

Tarix:

1-06-2019, 11:54

/ 1 915 dəfə oxundu.
Yanlış əməliyyat xəstəni iflic etdi - Həkim səhlənkarlığı

Masallı rayonunda həkim səhlənkarlığı xəstənin iflic olmasına səbəb olub.

Bu barədə Avropa.info-ya Masallı rayonu Hacıtəpə kənd sakini Əliyeva Sahibə Məhərrəm qızı məlumat verib. 

S.Əliyeva bildirib ki, oğlu Seymur Əlizadə pilonidal sinüs (tük dönməsi) diaqnozu ilə Masallı rayon Xəstəxanasının cərrahı Fəxrəddin Nəzərova müraciət edib. Fəxrəddin Nəzərov xəstənin yaxınlarını inandırıb ki, bu, çox sadə olunan əməliyyatdır:

"Bizim faciəmiz bununla başladı. Mənim balamın onurğasının üstündə olan tük dönməsi üçün dərin bir yara açdılar, sinirinə toxundular, beyninə infeksiya keçirtdilər. 34 gündür balam yataq dustağıdır. Şikəst ediblər balamı".

S.Əliyeva qeyd edir ki, oğlunu Masallıdan N. Tusi adına klinikaya gətiriblər, 6 gün orada stasionar şəraitdə müalicə aldrıqdan sonra Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıblar:

"22 gün orda müalicə aldıqdan sonra çıxarıb evə gətirmişik. Fəxrəddin Nəzərova bir neçə dəfə müraciət etmişik ki, xəstəni bu vəziyyətə sən salmısan, xəstənin yaxşılaşması üçün bir tədbir görəsən bəlkə. Cərrahın cavabı bizə konkret oldu: "Mən heç nə bilmirəm, gedin nə istəyirsiz edin, əliniz hara qəlbidir ora qoyun!"

Oğlumun belində açdığı çuxuru gördükdə bu adamın həkim olmasına qarşı məndə şübhələr oyandı. Elə savadsız insanlar Azərbaycan səhiyyəsində necə özlərinə yer tapıb, bu mənim üçün çox maraqldır. Həkimin səhlənkarlığı ilə bağlı Səhiyə Nazirliyinə, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət etsəm də, heç bir nəticə yoxdur. Mən sadə bir kənd müəllimiyəm, mənim aldığım məvacib övladımı müalicə edib ayağa qaldırmağa heç cür yetmir. Başqa bir yerdən də köməyim yoxdur ki, Masallı həkimlərinin şikəst etdiyi övladımı ayağa qaldırım", - deyə S.Əliyeva bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ