SON DƏQİQƏ
» » Ərdoğanla belə danışmaq olmaz, ABŞ böyük səhv edir

Ərdoğanla belə danışmaq olmaz, ABŞ böyük səhv edir

Tarix:

8-06-2019, 09:08

/ 1 894 dəfə oxundu.
Ərdoğanla belə danışmaq olmaz, ABŞ böyük səhv edir

ABŞ-ın Türkiyə pilotlarının F-35 proqramında iştirakının dayandırılması barədə qərarı Ankaraya təsir göstərməyəcək.

GunAz.az xəbər verir ki, bunu rusiyalı ekspert Oleq Qlazunov bildirib.

"Türkiyə böyük ehtimalla başqa təlim mərkəzlərindən faydalanacaq və pilotlar Rusiyanın hərbi təyyarələri ilə bağlı keçirilən kurslara istiqamətləndiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın bu vəziyyətdən çıxış yolu tapacağına əminəm. Bu qərar ABŞ-Türkiyə əlaqələrini çətin duruma salacaq. Bunu vurğulamaq istəyirəm ki, Ərdoğan ilə ultimatum dili ilə danışmaq olmaz, o, belə bir insan deyil. ABŞ Ərdoğana ultimatum verərək böyük səhv edir. Bununla Türkiyəni Rusiya ilə əməkdaşlığa məcbur edirlər", - Qlazunov deyib.

Rusiyalı siyasi ekspert sözügedən qərarın Rusiyanın işinə yaradığını vurğulayıb: "Bu, Türkiyə ilə müttəfiqlik əlaqələrinin daha çox inkişafına yardımçı olur".

Qeyd edək ki, ötən gün ABŞ Müdafiə nazirinin müvəqqəti icraçısı Patrik Şanahan Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktubunda türk pilotlarının F-35 proqramında iştirakının dayandırılacağını bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ