SON DƏQİQƏ
» » Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Tarix:

5-06-2019, 08:44

/ 2 897 dəfə oxundu.
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Bu gün Azərbaycanda müqəddəs Ramazan bayramıdır.

GunAz.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə iyunun 5-ə təsadüf edir.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ilində vacib edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.

İslamda ilin ayları arasında Ramazan ayı ən şərafətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-kərim nazil olub. Həmin gecə "Qədr" gecəsi adlanır.

Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ