SON DƏQİQƏ
» » Düz bağırsağında narkotik gətirən şəxs tutuldu

Düz bağırsağında narkotik gətirən şəxs tutuldu

Tarix:

4-06-2019, 13:56

/ 2 156 dəfə oxundu.
Düz bağırsağında narkotik gətirən şəxs tutuldu

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən GunAz.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinə nəticəsində düz bağırsağından, şəffaf sellofana bükülü 3 ədəd bükümdə 76 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 18 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ