SON DƏQİQƏ
» » Vətəndaşlardan qanunsuz silah-sursat götürülüb

Vətəndaşlardan qanunsuz silah-sursat götürülüb

Tarix:

1-06-2019, 17:25

/ 2 034 dəfə oxundu.
Vətəndaşlardan qanunsuz silah-sursat götürülüb

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Aslanovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülib.

Daxili İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, əməliyyatı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları keçirib.

Hacıqabul polisi isə şəhər sakini G.İsrafilovadan silah götürüb. Daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində G.İsrafilovanın yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ