SON DƏQİQƏ
» » Bakı metrosunun stansiyalarında anonsları uşaqlar səsləndirir

Bakı metrosunun stansiyalarında anonsları uşaqlar səsləndirir

Tarix:

1-06-2019, 13:40

/ 2 001 dəfə oxundu.
Bakı metrosunun stansiyalarında anonsları uşaqlar səsləndirir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Metropolitenin stansiyalarında qatarların anonsları uşaqların dili ilə səsləndirilir.

"Bakı Metropoliteni" QSC-dən GunAz.az-a bildirilib ki, eyni zamanda, "İçərişəhər" stansiyasında uşaqlara Əməkdar artist Bəhram Bağırzadənin kitabları paylanılacaq. Mərasimi kiçik sərnişinlərə daha özəl və yaddaqalan etmək məqsədilə bayram tamaşasına kitabların müəllifi də dəvət olunub. B.Bağırzadə ürək sözləri və imzası qeyd edilmiş uşaq kitablarını metropolitenin azyaşlı sərnişinlərinə təqdim edəcək.

Bayram tamaşası çərçivəsində uşaqlara müxtəlif personajların, jonqlyorların iştirak edəcəyi rəngarəng, maraqlı tamaşa təqdim ediləcək. Şou-proqram uşaqların heyranlıqla seyr etdiyi maraqlı hədiyyələri, şən təlxəklərin və xüsusi dəvət edilmiş sehrbazın nümunəvi çıxışları ilə daha da zənginləşdiriləcək.

Stansiyada Azərbaycanın məşhur uşaq mahnıları bayram ovqatını daha da yüksəldəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ