SON DƏQİQƏ
» » "ASAN məktub" vasitəsilə bu günədək 4000-ə yaxın uşağın arzusu gerçəkləşib

"ASAN məktub" vasitəsilə bu günədək 4000-ə yaxın uşağın arzusu gerçəkləşib

Tarix:

31-05-2019, 10:57

/ 1 920 dəfə oxundu.
"ASAN məktub" vasitəsilə bu günədək 4000-ə yaxın uşağın arzusu gerçəkləşib

"ASAN məktub" vasitəsilə bu günədək 4000-ə yaxın uşağın arzusu gerçəkləşib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

“ASAN Məktub” layihəsində iştirak edən hər bir balacanın uşaqlıq arzuları var. Kimisi müharibəsiz sakit bir dünyada öz ailəsi ilə yaşamaq, kimisi rəngli işıqları olan velosiped sürmək, kimisi uzun qara saçlı, qırmızı donlu gəlinciklə oynamaq, kimisi “hörümçək adam”ın paltarını geymək və yaşıdlarına kömək etmək, kimisi idman paltarı geyinib döyüşmək və qalib gəlmək arzusunda olur. Bəzən kimsəsiz olduğundan, bəzən ailənin maddi imkanından asılı olaraq uşaqların hamısının arzuları reallaşmır, gerçəkləşmir və uşaqlıq arzusu olaraq qalır. Uşaqların arzularının həyata keçirilməsinə dəstək vermək, onlara sevinc bəxş etmək hər bir insanın mənəvi borcudur.

Layihədən bəhrələnən uşaqlar və onların valideynləri hədiyyələrə, xüsusilə uşaqlara sevinc hissi yaşatdıqlarına görə əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 2015-ci ildən etibarən reallaşan bu layihənin əsas məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək, ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə uşaqlara qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində sosial qayğıya ehtiyacı olan uşaqlar məktubla internet vasitəsilə öz istək və arzularını bildirirlər. Onların yazdıqları məktublara xeyirxah insanlar tərəfindən münasibət bildirilir və uşaqlar arzuladıqları hədiyyələri əldə edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ