SON DƏQİQƏ
» » Neftdən kəskin ucuzlaşma: yeni "şok" gözlənilir?

Neftdən kəskin ucuzlaşma: yeni "şok" gözlənilir?

Tarix:

31-05-2019, 10:24

/ 1 935 dəfə oxundu.
Neftdən kəskin ucuzlaşma: yeni "şok" gözlənilir?

Dünya bazarlarında neft qiymətlərində kəskin ucuzlaşma baş verib.

GunAz.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli ötən günlə müqayisədə ümumilikdə 3,70 dollara yaxın geriləyərək, 66,03 dollara düşüb.

Yüngül neft isə 55,97 dollara qədər ucuzlaşıb.

Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını genişləndirməsi və İranın neft ixracının minimumlaşmasına baxmayaraq, “qara qızıl”ın dəyər itirməyə başlamasını iqtisadçı Vüqar Bayramov belə şərh edib:

“Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artıracağı, ABŞ Prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatları və eləcə də Tvitləri ilə əlaqədardır.

Qlobal neft təklifinin gündəlik 101.42 milyon barrel olduğunu nəzərə alsaq, deyə bilərik ki, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub. Azərbaycanın gündəlik neft ixracatının 798 min barel olduğunu nəzərə alsaq, o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur.

Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər və Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir”.

V.Bayramov bildirib ki, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır:

“Bu, həmçinin, “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.

Beləliklə, neftin qiyməti məqbul hesab olunsa da, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların” təsirlərindən sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ