SON DƏQİQƏ
» » İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb (FOTOLAR)

İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb (FOTOLAR)

Tarix:

27-05-2019, 12:34

/ 1 910 dəfə oxundu.
İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb (FOTOLAR)

Gəncədəki İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb.

GunAz.az xəbər verir ki, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr və dualar oxunub.

Çıxışlarda bildirilib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Azərbaycanda bu gün həmrəylik və sabitlik hökm sürür. Çıxışlarda, həmçinin ölkəmizdə dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs edilib, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğu vurğulanıb.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb (FOTOLAR)

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ