SON DƏQİQƏ
» » Turistlər gəlir, bakılılar üçün mərkəz bağlanır? - Rəsmi

Turistlər gəlir, bakılılar üçün mərkəz bağlanır? - Rəsmi

Tarix:

21-05-2019, 17:00

/ 222 dəfə oxundu.
Turistlər gəlir, bakılılar üçün mərkəz bağlanır? - Rəsmi

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər şəhərin mərkəzi - Nizami küçəsinə (“Tarqovı”) yerli sakinlərin buraxılmayacağı barədə yayılan xəbərə münasibət bildirib.

Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov GunAz.az-a bildirib ki, bu barədə mətbuatda verilən məlumat həqiqətə uyğun deyildir və sakinlərə hər hansı məhdudiyyət tətbiq edilməyib.

"Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".

Qeyd edək ki, ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərin gəlişi ilə bağlı mayın 25-dən 31-dək Nizami və İstiqlaliyyət küçələri, həmçinin Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinin məhdudlaşdırılacağı haqda hüquq-mühafizə orqanlarına istinadla məlumat yayılmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ