SON DƏQİQƏ

Qarabağda erməni üsyanlarını o yatırdı

Tarix:

17-05-2019, 13:52

/ 196 dəfə oxundu.
Qarabağda erməni üsyanlarını o yatırdı

Biz Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov Sultanovun 140 illik yubileyini qeyd etdik. Xosrov Sultanov dövlət elan olunanda altında torpaq və yanında milləti olmayan dövlətin müdafiə naziri məsuliyyətini üzərinə götürən şəxsdir.

GunAz.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Fazil Mustafa deyib.

Millət vəkili xatırladıb ki, məhz Xosrov bəy Sultanovun sayəsində Qarabağda erməni üsyanları yatırılıb və bu ərazidə general qubernatorluq yaradılıb:

“Sonrakı mərhələdə general Tomsonun təşəbbüsü ilə general-qubernatorluq məsələsi Paris sülh konfransında müzakirə edilib. Nəzərə alın ki, biz sabah Qarabağda hərbi əməliyyatlar keçirə, lazım gəlsə, general-qubernatorluq yarada bilərik. Bunun legitim hüquqi əsası 1918-ci ildə qoyulub. Hesab edirəm ki, Xosrov bəy Sultanovun yubileyi dövlət səviyyəsində qeyd edilməli, onun abidəsi qoyulmalıdır. Əhməd Ağaoğlunun yubileyi ilə bağlı prezidentin sərəncamı oldu. Mən buna görə, prezidentə təşəkkür edirəm”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ