SON DƏQİQƏ
» » Azərbaycan ən islahatçı ölkələrdən biridir – Əli Əhmədov

Azərbaycan ən islahatçı ölkələrdən biridir – Əli Əhmədov

Tarix:

14-05-2019, 12:21

/ 157 dəfə oxundu.
Azərbaycan ən islahatçı ölkələrdən biridir – Əli Əhmədov

Beynəxalq təşkilatların hesabatlarında Azərbaycan dünyanın ən islahatçı ölkələrdən biri kimi qeyd edilir. Bu islahatlar arasında əsas yeri sosial təminat sahəsindəki islahatlar durur.

GunAz.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Baş nazirin müavini Azərbaycanda sosial təminatla bağlı islahatları vacib edən məqamlara da toxunub:

“Bu islahatları vacib edən məqamlardan birincisi ərazilərimizin 20 faizə qədərinin işğal edilməsi, 1 milyondan çox insanın məcburi köçkün həyatı yaşamasıdır. Azərbaycan əhalisinin 10 faizini təşkil edən bu təbəqənin bütün tələbatlarının ödənilməsi hökumətin üzərinə düşən məsələdir. Hesab edirəm ki, bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Təbii ki, görülən bu işlər əlavə xərclər tələb edir, bu istiqamətdə də Azərbaycan bütün imkanlarından istifadə edir. Bu islahatları vacib edən ikinci məqam müharibə nəticəsində çoxsaylı vətəndaşlarımızın əlil olması ilə bağlıdır. Onların mənzil, yaşayış şəraitinin yaxşılaşdırılması, müavinətlərin verilməsi də sosial təminat sahəsində qarşımızda duran vacib məqamlardandır. Bundan başqa ölkə əhalinin sayı artır. Azərbaycanda çoxuşaqlı ailələrin sayı kifayət qədərdir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar hökumət sosial təminat siyasətinin əsas parametrlərini təşkil edir”.

Ə.Əhmədov onu da vurğulayıb ki, artıq sosial təminat sahəsində müasir çağırışlara cavab verən yeni iş metodları istiqamətində axtarışlar da ön plana keçir:

“Bu gün ölkəmizin sosial təminat sistemi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox ciddi islahatlar həyata keçirir. Azərbaycan beynəlxalq aləmdə sosial təminat sahəsində dünyada tətbiq edilən bütün yeniliklərdən istifadə edir. Bununla yanaşı Azərbaycanda tətbiq edilən innovativ metodlar dünya ölkələrinin diqqətini çəkir. Siyasətimizin əsas məqsədi Azərbaycan vətəndaşının maraqlarının ən yüksək səviyyədə gerçəkləşməsidir. Bunun üçün də ən innovativ yeniliklər tətbiq ediləcək”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ