SON DƏQİQƏ
» » Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO

Tarix:

10-05-2019, 23:26

/ 241 dəfə oxundu.
Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTO

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, hərbi hissələrdə təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

 

 

скачать dle 12.1

Şərhlər