SON DƏQİQƏ

“ASAN xidmət” bir gün işləməyəcək

Tarix:

8-05-2019, 17:36

/ 218 dəfə oxundu.
“ASAN xidmət” bir gün işləməyəcək

9 May - Qələbə Günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, mayın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ