SON DƏQİQƏ
» » Mehriban Əliyeva nöqtə qoydu – Nazirlikdən açıqlama

Mehriban Əliyeva nöqtə qoydu – Nazirlikdən açıqlama

Tarix:

8-05-2019, 18:00

/ 262 dəfə oxundu.
Mehriban Əliyeva nöqtə qoydu – Nazirlikdən açıqlama

Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, əvvəllər “Malakan dua evi” kimi tanınan tarixi bina Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan abidələr siyahısına daxil deyil.

Bu sözləri Kult.az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sözügedən binanın sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O, binanın rəsmi şəkildə tarixi abidələr siyahısında olmamasına baxmayaraq, dövlət xidmətinin nəzarəti altında olduğunu bildirib:

“Gün ərzində əməkdaşlarımız mütəmadi olaraq əraziyə gedərək baxış keçirirlər. Abidənin uçurdulmaması üçün dövlət orqanlarına, Bakı Şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə də məlumat verilib. Həmin bina hazırda şəxsi mülkiyyətdir. Özüm də gedib əraziyə baxmışam, bina olduğu kimi qalır. Sadəcə binada təmir işləri aparmaq istəyirdilər. Bunun da qarşısı alınıb”.

F.Hüseynov binanın tarixi abidələr siyahısına salına biləcəyini söyləyib:

“Bu məsələ aydınlaşdırılır. Ola bilsin ki, gələcəkdə tarixi abidələr siyahısına salınsın”.

Qeyd edək ki, bundan əvvəl paytaxtın Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, “Malakan dua evi” kimi tanınan binanın söküləcəyi ilə bağlı xəbər yayılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə İnstaqram səhifəsində qədim bina ətrafında yaranmış vəziyyətin dövlətin nəzarəti altında olduğunu və sökülməyəcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ