SON DƏQİQƏ
» Mərdəkan qalası və Tuba Şah məscidini türklər bərpa edəcək

Mərdəkan qalası və Tuba Şah məscidini türklər bərpa edəcək

Tarix:

22-04-2019, 16:02

/ 10 180 dəfə oxundu.
Mərdəkan qalası və Tuba Şah məscidini türklər bərpa edəcək

 

GunAz.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tarixi qalanın və məscidin bərpası haqqında aprelin 18-də protokol imzalayıblar.

Qeyd edək ki,  Bakının Mərdəkan qəsəbəsində yerləşən bu qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də, müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ