SON DƏQİQƏ
» » Bakıda böyük narazılığa səbəb olan hadisəni Baş Prokurorluq araşdıracaq

Bakıda böyük narazılığa səbəb olan hadisəni Baş Prokurorluq araşdıracaq

Tarix:

7-05-2019, 16:21

/ 169 dəfə oxundu.
Bakıda böyük narazılığa səbəb olan hadisəni Baş Prokurorluq araşdıracaq

Xətai rayonunda 130 ağacın məhv edilməsi ilə bağlı prokurorluğa müraciət edilib Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Bu barədə GunAz.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ