SON DƏQİQƏ
» » Bakı rusiyalı turistlərin seçimləri arasında liderdir

Bakı rusiyalı turistlərin seçimləri arasında liderdir

Tarix:

2-05-2019, 21:01

/ 232 dəfə oxundu.
Bakı rusiyalı turistlərin seçimləri arasında liderdir

TurStat” analitik agentliyi mayın bayram günlərində rusiyalı turistlər arasında səyahət baxımından populyar olan MDB şəhərlərinin reytinqini hazırlayıb.

May bayramlarında MDB ölkələrinə turistik səyahətlərin reytinqinə Azərbaycan, Belarus və Qazaxıstan başçılıq edir.

İlk onluğa Bakı, Minsk (Belarus), Nur-Sultan (Qazaxıstan), Yerevan (Ermənistan), Almatı (Qazaxıstan), Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Aşqabad (Türkmənistan) daxil edilib.

“TurStat”ın məlumatına görə, turistlər may ayında MDB şəhərlərinə 3-5 günlük səyahət edir və günə 60-120 dollara yaxın pul xərcləyir (qidalanma və qalma xərcləri).

Qeyd edək ki, Rusiyada bayramlarla əlaqədar 1-5 may və 9-12 may tarixləri qeyri-iş günləri hesab olunur.

скачать dle 12.1

Şərhlər