SON DƏQİQƏ
» » Azərbaycan əhalinin internetə çıxış imkanına görə MDB-də liderdir

Azərbaycan əhalinin internetə çıxış imkanına görə MDB-də liderdir

Tarix:

12-12-2018, 20:29

/ 10 292 dəfə oxundu.
Azərbaycan əhalinin internetə çıxış imkanına görə MDB-də liderdir

Dünya əhalisinin yarısından çoxunun internetə çıxış imkanı var.  

GunAz.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının yeni məruzəsində məlumat verilib.

Məruzədə 2016-cı il üzrə MDB ölkələrinin əhalisinin internetə çıxış imkanları göstərilib. Azərbaycan 78 faizlə bu siyahıda liderdir. İkinci yerdə Qazaxıstan (74,5%), üçüncü yerdə Rusiya (73%), dördüncü yerdə Moldova və Belarus (hər biri 71%) qərarlaşıb. 

Ermənistan siyahıda 64 faizlə beşinci yerdədir. Bundan başqa, Ukrayna 53 faizlə altıncı, Özbəkistan 46 faizlə yeddinci, Qırğızıstan 34,5 faizlə səkkizinci, Tacikistan 20 faizlə doqquzuncu, Türkmənistan isə 18 faizlə onuncu yerdədir. 

Məlumatda qeyd edilib ki, dünya əhalisinin üçdə birinin internetə çıxış imkanı yoxdur. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ