SON DƏQİQƏ

AMEA-nın yeni vitse-prezidenti kimdir? - DOSYE

Tarix:

1-05-2019, 22:53

/ 265 dəfə oxundu.
AMEA-nın yeni vitse-prezidenti kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında gizli səsvermə keçirilib.
 
Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla vitse-prezident seçilib. Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak ediblər. 

Eurasia Diary Azvision.az-a istinadən texnika elmləri doktoru, professor Rasim Əliquliyevin bioqrafiyasını təqdim edir: 

Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Bərdə rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini "Elektron hesablama maşınları" ixtisası üzrə bitirib. 1979-1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışıb və aspiranturada təhsil alıb. 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülüb: böyük mühəndis, aparıcı mühəndis, "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi" layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləyib. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ