SON DƏQİQƏ
» » “Azərbaycan- Gürcüstan münasibətlərinə xələl gətirmək istəyənlər var” – Alınmayacaq !

“Azərbaycan- Gürcüstan münasibətlərinə xələl gətirmək istəyənlər var” – Alınmayacaq !

Tarix:

30-04-2019, 21:33

/ 272 dəfə oxundu.
“Azərbaycan- Gürcüstan münasibətlərinə xələl gətirmək istəyənlər var” – Alınmayacaq !

"Azərbaycan və Gürcüstan arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələrin niyyəti baş tutmayacaq”.
Bunu "Sherg.az"a Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Mammadov deyib.
Analitik bildirib ki, Bakı Politoloqlar Klubu Gürcüstanın siyasi ekspertləri ilə görüşlərini davam etdirir: 
"Müzakirələrin indi baş tutması heç də təsadufi deyil. Bildiyiniz kimi, son zamanlar Azərbaycan və Gürcüstan arasında Keşikçidağ monastr kompleksi və digər məsələlərlə bağlı xoşagəlməz informasiya hücumunun şahidi olmaqdayıq. Keçmiş prezident Mixail Saakaşvili dövründə Müdafiə naziri postunda çalışmış İrakli Okuraşvili şəxsi "facebook” səhifəsində İvanişviliyə "məsləhət” verib. Okuraşvili yazısında "əgər Azərbaycan bir "problem” yaradarsa onu necə həll etməyin yollarını İvanişviliyə xatırladıb. Bildirib ki, nazir kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıbmış. 
Elə həmin zaman Azərbaycanın daxili işlər naziri ilə sərhəddə görüşdüyünü, əgər ertəsi günü bu problemin gürcülərin xeyrinə qərar verilərək həll olunmayacağı təqdirdə 500 min azərbaycanlını Qırmızı Körpüdə qarşılamalı olacağını xatırladıb. Bundan başqa bir neçə gündür ki, Gürcüstanın bəzi siyasətçiləri Azərbaycana, Gürcüstanda yaşayan soydaşlarımızın ünvanına qeyri-konstruktiv ifadələr, təhqirlər yağdırmaqdadırlar”.
Z.Məmmədov Gürcüstanın tanışmış politoloqu, Yaxın Şərq üzrə eksert Vasiliy Papava ilə fikir mübadiləsindən də danışıb:
"Vasiliy Papava Gürcüstan və Azərbaycanın tarixin sınaqlarından birlikdə keçdiyini, 1990-cı illərdə hər iki ölkənin faktiki olaraq eyni çağırışlarla üz-üzə qaldığını bildirdim. Eyni zamanda, qeyd etdim ki, bu gün Gürcüstan və Azərbaycan strateji müttəfiqdir. Buna misal kimi hər iki ölkənin enerji layihələrindən tutmuş, mədəni, hümanitar və digər sahələrdəki münasibətlərini göstərdim. 
Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafından heç də hamının məmnun qalmadığını diqqətə çatdıraraq hər iki xalqın çağırışlar qarşısında ayıq olmasının vacibliyinə toxundum. Papava isə öz növbəsində bildirdi ki, Azərbaycan və gürcü xalqlarını təkcə iqtisadi, enerji lahiləri deyil, eyni zamanda ortaq geosiyasi maraqlar birləşdirir. Həqiqətən də bəzi ölkələrdən fərqli olaraq bizim dostluğumuz tarixi faktlarla sübuta yetirilib”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ