SON DƏQİQƏ
» » Bunları etsəniz, xoşbəxt olacaqsınız - Qaydalar

Bunları etsəniz, xoşbəxt olacaqsınız - Qaydalar

Tarix:

27-04-2019, 19:14

/ 10 175 dəfə oxundu.
Bunları etsəniz, xoşbəxt olacaqsınız - Qaydalar

Stress və depressiya müasir dövrdə geniş yayılmış psixoloji pozuntulardır.

Axar.az xəbər verir ki, əgər biz xırda nüanslara diqqət etsək, vaxtında bəzi kiçik problemləri həll etsək, stress və depressiya kimi xəstəliklərdən əziyyət çəkmərik.

Sahib olduqlarınızı itirməkdən qorxmayın

Məlum məsələdir ki, hər bir insanın həyatında onun üçün dəyərli olan ailəsi, dostları, işi, evi, maşını və s. var. Əgər bu sadalananlardan ən azı 2-3-ü varsa, insanda bunları nə vaxtsa itirmək qorxusu olur. Bu, müəyyən həddə qədər olduqda yaxşı haldır. Ancaq normadan çox olması paranoid düşüncələrin yaranmasına səbəb olur ki, həyatınızı çətinləşdirir, həmin insanlardan asılı hala salır və bu da nəinki sizi stressə, depressiyaya salır, bir çox xəstəliklərin də yaranmasına şərait yaradar. Buna görə də çalışmaq lazımdır ki, itirə biləcəklərinizə əvvəlcədən özünüzü hazırlayın. Sizi gərginləşdirən fikirlərdən uzaq olun, “kaş”, “gərək ” kimi sözlərlə başlayan cümlələr qurmaqdan çəkinin. Sizin üçün gərəksiz fikirləri ağlınızdan çıxarın. Sizi gərginləşdirən, narahat edən fikirlər varsa, onları ya özünüzdən uzaqlaşdırın, ya da həll etməyə çalışın. Əgər sizi narahat edən fikirlər varsa, siz onlardan qurtula bilmirsinizsə, stress və depressiyadan qaça bilməyəcəksiz.

Xoşlamadığınız münasibətləri davam etdirməyin

Əgər münasibət qurduğunuz insanlar arasında xoşunuza gəlməyənlər varsa, onlardan mümkün qədər uzaqlaşın. Nə onların sizin dəyərli vaxtınızı korlamağına icazə verin, nə də siz onların vaxtını alın. Münasibətlərinizdə sərbəst olun və düşünməyin ki, bütün insanlar eynidir. Əlbəttə, sizə müsbət enerji verən insanlar vardır və ya qarşınıza çıxacaqdır.

Zövq aldığınız şeylərin siyahısını tutun

Sizi əyləndirən, sizə zövq verən, sizi yormayan və həzz aldığınız şeylərin siyahısını tutun. Onlara vaxt ayırın. Özünüzü yorğun hiss edəndə, əsəbi olanda bütün neqativ enerjinizi onlara yönləndirib, əylənməyə, zövq almağa çalışın.

Qarderobunuzdan sevmədiyiniz geyimləri çıxarın

Gözəl və xüsusi adlandırdığımız geyimlərdə müəyyən müddətlik də olsa, özümüzü necə yaxşı hiss etdiyimizi bilirik. Boş yerə qadınlar stress atmaq üçün alış-veriş etmirlər. Yəni gözəl hiss verən geyimlər stressdən çıxmağa kömək edirsə, eynilə də xoşa gəlməyən geyimlərimiz bizi yorur, müəyyən qədər əhvalımıza təsir göstərir, onu korlayır. Buna görə də ya xoşa gəlməyən, tam olaraq bəyənmədiyiniz geyimləri almayın, ya da varsa, onları atın.

Pozitiv düşünün

Pozitiv düşünmək üçün çalışın müsbət düşüncəli insanların əhatəsində daha çox olasınız. Yaxın dostlarınızla çox vaxt keçirin. Onlarla xoş söhbətlərə vaxt ayırın. Ən pis halınızda belə şükür etməyi bacarın, ən pisdə belə yaxşını görün, qiymətləndirin. Yalnız hislərinizlə deyil, çətin anlarınızda məntiqlə də düşünməyə çalışın.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ